Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilir.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 14 518 şagird təhsil alır.
Qeyd edilib ki, təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.